Ermənistan öz qarşısına Şimali Atlantika Alyansına (NATO) daxil olmaq məqsədi qoymayıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri noyabrın 18-də parlamentdə hökumət saatı zamanı bildirib.
"Biz mövqeyimizi ifadə etmişik ki, bəli, Avropa İttifaqına daxil olmaq prosesinə başlamışıq, lakin bizim siyasətimizdə NATO-ya daxil olacağımız və ya ümumiyyətlə belə bir məqsəd qoyduğumuz barədə qərar yoxdur", - deyə Paşinyan İrəvanın Dublində keçirilən Avropa Siyasi Birliyi sammitinin bəyannaməsinə qoşulmamasının səbəbini izah edərkən qeyd edib.
Qeyd edək ki, daha əvvəl Paşinyan 20 ildən sonra Ermənistanı Aİ-nin üzvü kimi gördüyünü bəyan etmişdi.
QAZİLER.AZ

