İranda çörəyin satışına tətbiq edilən yeni məhdudiyyətlər əhali arasında narazılığa səbəb olub.
Qaziler.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı yazır.
Kanalın yaydığı məlumata görə, ölkədə adi lavaşın qiyməti 7 min tümənə (0,026 dollar, təxminən 4,42 azn) çatıb.
Yeni qaydalara əsasən, hər ailə gün ərzində yalnız iki ədəd çörəyi bu qiymətə ala bilər. Üçüncü çörəyi almaq istəyənlərdən isə 13 min 500 tümən (0,051 dollar, təxminən 8,67 azn) ödəniş tələb olunur.
QAZİLER.AZ

