Ukraynanın Krım körpüsünə endirdiyi zərbələr Portuqaliyadakı "Vasko da Qama" körpüsünə Avropanın ən uzun körpüsü statusunu "qaytarıb" və bu, Müdafiə Qüvvələrinin "hədiyyəsidir".
Qaziler.az bildirir ki, "RBK-Ukrayna" agentliyinin məlumatına görə, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa portuqaliyalı həmkarı Paulu Ranjel ilə keçirdiyi brifinqdə bildirib.
Sibiqa zarafatla Krım körpüsünə endirilən zərbələrdən sonra "Vasko da Qama" körpüsünün Avropanın ən uzun körpüsü statusunu geri qazanmasını Ukrayna Müdafiə Qüvvələrinin Portuqaliyaya hədiyyəsi adlandırıb.
"Dünənki günə gəlincə — Lissabondakı "Vasko da Qama" körpüsü yenidən Avropanın ən uzun körpüsüdür. Bu, Ukrayna Müdafiə Qüvvələrinin dost Portuqaliyaya hədiyyəsidir", — deyə Sibiqa qeyd edib.
QAZİLER.AZ

