Türkiyənin Düzce şəhərində D-100 avtomobil yolunda minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü həyatını itirib.
Qaziler.azın TRT-Haber-ə istinadən məlumatına görə, hadisə D-100 magistral yolunun Taşköprü məhəlləsinin girişində, İstanbul istiqamətində hərəkət edən A.G.-nin idarə etdiyi minik avtomobilinin K.K.-nin sükanı arxasında olduğu yük maşınına arxadan çırpılması nəticəsində baş verib.
Güclü zərbədən sonra minik avtomobili yük maşınının altına girib.
Qəza nəticəsində avtomobilin sürücüsü A.G. hadisə yerində ölüb.
QAZİLER.AZ

