Ukrayna Krım körpüsünün vurulması üzrə uğurlu əməliyyat keçirib və Rusiyanın strateji hədəflərinə bu cür zərbələr davam etdiriləcək.
Qaziler.az "RBK-Ukrayna"ya istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında paylaşım edib.
Dövlət başçısı əməliyyatda iştirak edənlərə və yerli silah istehsalçılarına təşəkkürünü bildirib.
Zelenski qeyd edib ki, Rusiyanın Ukrayna şəhərlərinə, energetika və dəmir yolu infrastrukturuna hücumlarına cavab olaraq Ukrayna dronları və raketləri Rusiyanın əsas nəqliyyat arteriyasını vurub.
Ukrayna dövlət başçısı həmçinin Rusiyanın təcavüzünə qarşı digər cavab əməliyyatlarının da həyata keçiriləcəyini bəyan edib.
QAZİLER.AZ

