Rusiyadakı təyyarə qəzasında ölənlərin sayı artdı

Rusiyadakı təyyarə qəzasında ölənlərin sayı artdı backend

Rusiyanın Kemerovo vilayətində planlaşdırılmış uçuş zamanı An-12 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Hərbi idarənin məlumatına görə, təyyarə 17 noyabrda qəzaya uğrayıb. Təyyarə yaşayış olmayan əraziyə düşüb. Ekipaj da daxil olmaqla, göyərtədə olan 19 nəfərin hamısı həlak olub.

Qəzanın ilkin səbəbi texniki nasazlıq hesab olunur. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün hadisə yerində Rusiya Aerokosmik Qüvvələrindən komissiyanın işlədiyini açıqlayıb.

QAZİLER.AZ