Krım körpüsü üzərindən dəmir yolu hərəkəti tam bərpa edilib.
Qaziler.az bildirir ki, bu barədə Rusiya Federal Dəmir Yolu Nəqliyyatı Agentliyi ("Rosjeldor") özünün "Telegram" kanalında məlumat yayıb.
Hərəkətin məhdudlaşdırılması səbəbindən daha əvvəl gecikən bütün "Tavriya" qatarları Kerç stansiyasına çatıb. Körpüdən 008 nömrəli Sankt-Peterburq–Kerç, 28 nömrəli Moskva–Kerç qatarları, eləcə də Taman-Passajirskaya–Kerç stansiyaları arasında hərəkət edən bir neçə şəhərətrafı qatar keçib.
Xatırladaq ki, noyabrın 17-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hücumundan sonra Krım körpüsü nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanmışdı. Bundan əvvəl, noyabrın 16-da da Ukrayna ordusu ora hücum etmişdi.
QAZİLER.AZ

