Rusiyada baş verən təyyarə qəzasında on yeddi nəfər həlak olub - VİDEO

Rusiyada baş verən təyyarə qəzasında on yeddi nəfər həlak olub - VİDEO backend

Rusiyanın Kemerovo bölgəsində An-12 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində on yeddi nəfər həlak olub.

Qaziler.az bildirir ki, bu barədə 17 noyabrda "İzvestiya" qəzetindəki mənbə məlumat verib.

O, hadisə nəticəsində bütün heyət üzvlərinin öldüyünü təsdiqləyib.

Bir qədər əvvəl Kemerovo vilayətinin Yaqunovo kəndində qəzaya uğrayan təyyarənin ilkin olaraq An-12 hərbi təyyarəsi olduğu müəyyən edildiyi bildirilirdi.

QAZİLER.AZ