Qalibaf ABŞ-yə hədə-qorxu gəldi: "Bu obyektlər hədəf olacaq"

Qalibaf ABŞ-yə hədə-qorxu gəldi: "Bu obyektlər hədəf olacaq" backend

Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail hərbi bazalarının yaxınlığında yerləşən mülki infrastrukturu mümkün hədəf kimi göstərib.

Qaziler.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında yazıb. O, bu barədə “New York Times” qəzetində İranın su bəndlərinə qarşı mümkün zərbələrdən bəhs edən məqaləyə istehzalı cavabında bildirib.

Qalibaf qəzetin məqaləsində İranın raket obyektlərinin yaxınlığında yerləşən bəndlərin həm hərbi, həm də mülki məqsədlərə xidmət etdiyi barədə irəli sürülən fikirləri şərh edib.

“Qəzetdə çalışan "ekspertlər" iddia edirlər ki, İranın raket obyektlərinin yaxınlığındakı bəndlər ikili – həm hərbi, həm də mülki təyinat daşıyır. Çox gözəl”, – deyə o yazıb.

Daha sonra İran parlamentinin sədri istehza ilə “yeni qayda” təklif edərək bildirib ki, ABŞ və ya İsrail hərbi bazalarının yaxınlığında yerləşən istənilən bənd, liman və elektrik stansiyası da avtomatik olaraq “ikili təyinatlı” obyekt hesab edilə bilər.

QAZİLER.AZ