Bahalı mənzil və ağır iqtisadi şərait İranda ailə qurmağa mane olur.
Qaziler.az xəbər verir ki, bu barədə “Tejarat News”un yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, 2016–2025-ci illər ərzində İranda doğulan uşaqların sayı təxminən 41,6 faiz, qeydə alınmış nikahların sayı isə 39 faizə yaxın azalıb.
Eyni zamanda, ölkə üzrə ümumi doğum əmsalı 2023-cü ildə hər qadına düşən 1,54 uşaqdan 2025-ci ildə 1,34-ə enib.
İranın 31 əyalətindən 29-da bu göstərici əhalinin sadə təkrar bərpası səviyyəsindən aşağı düşüb.
Həmçinin mənzil və kirayə qiymətlərinin, məişət texnikasının və gündəlik yaşayış xərclərinin kəskin artması, eləcə də inflyasiya və gəlirlərin xərclərlə uyğun gəlməməsi gənc cütlüklərin iqtisadi imkanlarını məhdudlaşdıran, nikahların və uşaq dünyaya gətirmənin azalmasına səbəb olan amillər kimi göstərilib.
QAZİLER.AZ

