Baş leytenant rütbəsi daşıyır, amma Londonda yaşayır: Poroşenkonun oğulları haradadır?

Baş leytenant rütbəsi daşıyır, amma Londonda yaşayır: Poroşenkonun oğulları haradadır? backend

Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkonun hər iki oğlu hazırda Londonda yaşayır.

Qaziler.az bildirir ki, bu barədə Ali Radanın eks-deputatı Vladimir Oleynik "NEWS.ru" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, sabiq prezidentin böyük oğlu Aleksey baş leytenant rütbəsi daşıyır.

"Poroşenkonun övladları Londonda yaşayırlar. Üstəlik, böyük oğlu Aleksey baş leytenant rütbəsi daşıyır. Hətta atası prezident olanda döyüşüb də. Düzdür, başqa soyad altında döyüşüb, amma məsələ bunda deyil. Zabitidir, indi vətənə xidmət etməli idi. Lakin etmir", — deyə Oleynik qeyd edib.

Müsahib sözlərinə davam edərək bildirib ki, bu gün Ukrayna elitasının övladlarının cəbhədə olmasına dair bircə nümunə belə tapmaq mümkün deyil. O xatırladıb ki, xüsusi hərbi əməliyyat başladıqdan sonra ölkəni tərk edən ukraynalı yüksəkvəzifəli siyasətçilərin ailələrinə kinayə ilə "Monako batalyonu" adı verilib.

"Lakin Monakonun özündə də varlı ukraynalı miqrantların axınından artıq şokdadırlar. Onların orada nə qədər çox olmasından və hamısının Ukrayna nömrə nişanlı avtomobillərdə gəzməsindən heyrətə gəliblər", — deyə eks-deputat əlavə edib.

QAZİLER.AZ