Kreml Krım körpüsünə kütləvi PUA hücumunu təsdiqlədi

Kreml Krım körpüsünə kütləvi PUA hücumunu təsdiqlədi backend

Pilotsuz uçuş aparatları (PUA) Krım körpüsünə kütləvi hücum edib, lakin bildirilir ki, körpüyə ciddi ziyan dəyməyib.

Qaziler.az-ın "RBK-Ukrayna"ya istinadən məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Həqiqətən də dronların kütləvi hücumu olub. Hava hücumundan müdafiə vasitələrimiz əvvəlki kimi kifayət qədər effektiv işləməyə davam edir. Sistem işləyir", — deyə o bildirib.

Peskov qeyd edib ki, dünyada heç bir hava hücumundan müdafiə sistemi kütləvi zərbələr fonunda obyektlərin təhlükəsizliyini tam təmin edə bilməz.

"Körpü ilə bağlı məlumatı Nəqliyyat Nazirliyi verəcək. Hazırda, başa düşdüyüm qədər, cüzi zədələrin qiymətləndirilməsi aparılır. Nəqliyyat Nazirliyindən məlumat veriləcək", — deyə Kremlin sözçüsü əlavə edib.

Bundan başqa, Peskov Rusiyanın müvəqqəti atəşkəs istəmədiyini, əksinə, "uzun illər və əsrlər boyu davam edəcək sülhə" can atdığını bəyan edib.

QAZİLER.AZ