Ukraynada gedən müharibədə daha bir azərbaycanlı həlak olub.
Qaziler.az bildirir ki, Kamran Rafiq oğlu Səfərəliyev Rusiya ordusu sıralarında döyüşüb. Ukraynada müharibə başlayandan, yəni 2024-cü il fevralından döyüşlərə qatılıb, zabit olub.
Noyabrın əvvəlində Xarkov istiqamətində gedən döyüşlərdə həlak olub.
K.Səfərəliyev 1992-ci ildə Zərdabda doğulub. Kiçik yaşlarında anasını itirib. 2000-ci ildə atası üç oğlu ilə Rusiyaya köçüb. Kamran Səfərəliyev Rusiya vətəndaşı olub.
QAZİLER.AZ

