Krım körpüsünə növbəti zərbə: Nəqliyyatın hərəkəti dayandırıldı

Krım körpüsünə növbəti zərbə: Nəqliyyatın hərəkəti dayandırıldı backend

Ukrayna Silahlı Qüvvələrinin (USQ) zərbəsi səbəbindən Krım körpüsü üzərində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 16-da Krım Respublikasının rəhbəri Sergey Aksyonov məlumat verib.

"Düşmən Krım körpüsünə zərbə endirib. Bununla əlaqədar nəqliyyatın hərəkəti təxminən günortayadək məhdudlaşdırılacaq", — deyə o, "Maks" kanalında yazıb.

Hazırda hadisə yerində təcili və operativ xidmətlər işlərini davam etdirir. Region rəhbərinin sözlərinə görə, vəziyyət onun şəxsi nəzarəti altındadır. Aksyonov vətəndaşları yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.

QAZİLER.AZ