Ermənistan telekanalında yayımlanan siyasi debat zamanı gərgin anlar yaşanıb. İqtidaryönümlü bloger, “Respublika” partiyasının üzvü Arutyun Mkrtçyanla müxalifətçi, "Politik.am" nəşrinin redaktoru Boris Murazi arasında düşən mübahisə tezliklə əlbəyaxa davaya çevrilib.
Hadisə Ermənistanın "İctimai" telekanalının efirində baş verib.
Münaqişəyə səbəblərdən biri debat zamanı Murazinin yezidi əsilli olmasının qabardılması və onun barəsində qeyri-etik şayiələrə eyham vurulması olub.
Söhbət zamanı tərəflər bir-birini nalayiq ifadələrlə təhqir edib. Mkrtçyanın Murazinin valideynlərini təhqir etməsindən sonra mübahisə əlbəyaxa davaya çevrilib. (trend.az)

