Məsud Pezeşkianın müavini və Enerji İdarəetmə Təşkilatının rəhbəri Səqqab İsfahani müsahibəsində ölkədəki benzin təminatı problemlərini dilə gətirib.
Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, o, insanlardan səfərdən əvvəl lazım olan benzini ehtiyatda saxlamağı və yanacaqdoldurma məntəqələrinin yanacaq kartlarına arxalanmamağı xahiş edib.
"Həqiqətən də təminat problemimiz var", - deyə Səqqab İsfahani bildirib.
Birinci dərəcəli benzin kvotasının üç aya qədər saxlana biləcəyini qeyd edən İsfahani qeyd edib ki, vətəndaşlar öz yanacaq kartlarındakı mövcud kvotadan istifadə edərək ölkənin müxtəlif yerlərinə səyahət edə bilərlər, lakin gediş-dönüş yolu üçün lazım olan benzini əvvəlcədən hesablamalıdırlar.
Səqqab İsfahani vurğulayıb ki, insanlar artıq səfərin ortasında haradasa əlavə dayanmaq qərarına gələ bilməzlər və üç ay əvvəldən qurduqları plana uyğun hərəkət etməyə məcburdurlar.
QAZİLER.AZ

