Sumı vilayətində kritik vəziyyət: Atəşə tutulan şəhərdə işıq, su və istilik tamamilə kəsildi

Sumı vilayətində kritik vəziyyət: Atəşə tutulan şəhərdə işıq, su və istilik tamamilə kəsildi backend

Rusiya ordusunun atəşə tutması nəticəsində Ukraynanın Sumı vilayətinin Şostka şəhərində elektrik enerjisi, su və istilik təchizatı kəsilib. Şəhərdə "Sarsılmazlıq məntəqələri" açılıb, su isə qrafiklə verilir.

Qaziler.az bildirir ki, u barədə "RBK-Ukrayna" agentliyi Şostka şəhərinin meri Nikolay Noqaya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, icmada kritik infrastrukturun işini təmin etmək üçün ehtiyat enerji mənbələri işə salınıb. Su qrafik əsasında verilir. Tibb və sosial müəssisələr də ehtiyat enerji mənbələri hesabına fəaliyyət göstərir.

Şostkada artıq "Sarsılmazlıq məntəqələri" fəaliyyətə başlayıb. Sakinlər orada isti çay içərək isinə, mobil telefonlarını və digər cihazlarını enerji ilə doldura bilərlər.

QAZİLER.AZ