Moskvanın mərkəzində oteldə partlayış: Yaralı var

Moskvanın mərkəzində oteldə partlayış: Yaralı var backend

Moskvanın beşulduzlu "Four Seasons" otelinin şirniyyat sexində qaz balonu partlayıb, nəticədə bir qadın xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə Telegram kanalı 112 məlumat verib.

Hadisə Oxotnıy Ryad küçəsindəki otelin birinci mərtəbəsində yemək hazırlanarkən baş verib.

"45 yaşlı Anastasiya Z. üzündən, boynundan və qolundan birinci dərəcəli yanıqlar alıb", - məlumatda deyilir.

Vladiqafqazda bir çörək sexində qaz-hava partlayışı baş verib. 41 yaşlı qadın yaralanıb və ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. Vladikavkazın Şimal-Qərb Dairəsinin Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.

QAZİLER.AZ