Rusiya işğalçıları Donetsk vilayətinin Konstantinovka şəhərinin minalardan təmizlənməsinə başlamağa hazırdırlar. Bildirilir ki, buna beş gün vaxt lazım olacaq.
Qaziler.az bildirir ki, "RBK-Ukrayna" agentliyinin məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya KİV-lərinə açıqlamasında deyib.
"Rusiya hərbçiləri Konstantinovkaya nəzarət edirlər və minalardan təmizləmə işlərinə başlamağa hazırdırlar, buna beş gün vaxt gedəcək", — deyə Peskov bildirib.
O əlavə edib ki, "əgər Kiyev Moskvanın Konstantinovkadakı humanitar missiyadan hərbçilərin rotasiyası üçün istifadə edə biləcəyini iddia edirsə, deməli, şəhərin Rusiya ordusunun nəzarəti altında olduğu ilə razılaşır".
Kremlin sözçüsü həmçinin qeyd edib ki, Moskva humanitar missiyanın hər iki ölkənin ombudsmanlarının rəhbərliyi və KİV-lərin monitorinqi altında keçiriləcəyinə ümid edir.
Onun sözlərinə görə, ABŞ Konstantinovkada humanitar missiyanın həyata keçirilməsində səmimi şəkildə maraqlıdır.
"Rusiya avropalıları və amerikalıları Konstantinovkada humanitar missiyanın reallaşdırılması üçün Kiyevə öz təsir imkanlarından istifadə etməyə çağırır", — deyə Peskov əlavə edib.
QAZİLER.AZ

