Rusiya işğalçıları noyabrın 13-də Ukraynanın Zaporojye şəhərində beşmərtəbəli yaşayış binasına zərbə endiriblər. Hücum nəticəsində azı dörd nəfər xəsarət alıb, onlardan ikisi uşaqdır.
Qaziler.az bildirir ki, bu barədə "RBK-Ukrayna" agentliyi Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikinin bəyanatına istinadən məlumat yayıb.
O bildirib ki, Rusiya işğalçıları Zaporojyenin Kosmiçeski rayonundakı beşmərtəbəli yaşayış binasını hədəf alıblar.
"Düşmən hücumu nəticəsində üç mərtəbədəki mənzillərə ziyan dəyib. İkinci və üçüncü mərtəbələrdəki mənzillərdə yanğın baş verib, həmçinin həyətdəki avtomobillər alışıb. Azı 4 nəfər xəsarət alıb, onların arasında 2 uşaq var", — deyə Semikin qeyd edib.
O, həmçinin düşmən atəşinin nəticələrini əks etdirən foto və videolar yayımlayaraq xilasedicilərin təkcə insanların deyil, həm də köməksiz heyvanların həyatını xilas etdiyini göstərib.
QAZİLER.AZ

