Aİ nümayəndələri Zelenski və ABŞ təmsilçilərinin görüşünə qatılacaq

Aİ nümayəndələri Zelenski və ABŞ təmsilçilərinin görüşünə qatılacaq backend

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin görüşünə Avropa İttifaqının (Aİ) təmsilçiləri də qoşulacaqlar.

Qaziler.az bildirir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.

Nəşr yazır ki, bu gün Dublində keçiriləcək danışıqlara Avropa ölkələrinin, xüsusilə Almaniya, Fransa və Böyük Britaniyanın nümayəndələri də qatılacaqlar.

"AFP" agentliyinin mənbəsi bildirib ki, bu üç ölkə, eləcə də ehtimal ki, digər dövlətlər görüşdə müşavirlər və ya diplomatlar səviyyəsində təmsil olunacaqlar.

QAZİLER.AZ