Qazaxıstanın paytaxtı Astanada "Samruk-Kazına" milli rifah fondunun və "Qazaxıstan Dəmir Yolları" şirkətinin top-menecerlərinin saxlanılması üzrə əməliyyatın keçirildiyi ehtimal olunan yaşayış kompleksinin pəncərəsindən içərisi dollarla dolu çamadan atılıb.
Qaziler.az bildirir ki, küçəyə səpələnmiş əsginasların görüntülərini "Astana TV" telekanalı yayımlayıb.
Öz növbəsində "24.kz" telekanalı yerli sosial şəbəkə səhifələrinə istinadən xəbər verib ki, səpələnmiş pulların və çamadanın əks olunduğu video ehtimal ki, "Atlant" yaşayış kompleksinin yaxınlığında çəkilib.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi daha əvvəl məlumat vermişdi ki, noyabrın 11-də respublikada korrupsiya cinayəti törətməkdə şübhəli bilinərək "Samruk-Kazına" milli rifah fondunun idarə heyətinin sədri Nurlan Jakupov və "Qazaxıstan Dəmir Yolları"nın idarə heyətinin sədri Yeljas Otınşiyev saxlanılıblar.
QAZİLER.AZ

