Məktəbdə kimyəvi qaz panikası - Şagirdlər xəstəxanaya yerləşdirilib.

Məktəbdə kimyəvi qaz panikası - Şagirdlər xəstəxanaya yerləşdirilib. backend

Türkiyənin Sivas şəhərindəki orta məktəblərdən birində təmizlik zamanı xlorid turşusu ilə ağardıcının (xlorun) qarışdırıldığı iddiası təşvişə səbəb olub. Öskürək şikayəti olan 3 şagird xəstəxanaya yerləşdirilib, məktəb isə təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib. Şagirdlərin səhhətinin yaxşı olduğu öyrənilib.

Hadisə Başöğretmen Atatürk Orta Məktəbində baş verib. İddiaya görə, təmizlik işçilərinin xlorid turşusu ilə ağardıcını qarışdırması nəticəsində yaranan kimyəvi qaz məktəb binasına yayılıb. Qazdan təsirləndiyi ehtimal edilən 3 şagirddə öskürək şikayəti yaranıb.

Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım, xilasemə və polis qüvvələri cəlb olunub. Tibb işçiləri ehtiyat tədbiri olaraq öskürək şikayəti olan 3 şagirdi təcili yardım maşınları ilə xəstəxanaya aparıblar.

Siniflər ehtiyat tədbiri olaraq boşaldılıb, yanğınsöndürənlər isə ərazidə araşdırma və zəruri yoxlamalar aparmaq üçün işə başlayıblar. İlkin yoxlama zamanı insan sağlamlığına təhlükə yarada biləcək hər hansı qaz və ya qoxu aşkar edilməyib. Xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyətinin yaxşı olduğu bildirilir.

QAZİLER.AZ