Tbilisidə Merab Dvalişvilinin MMA idman akademiyası açılacaq

Tbilisidə Merab Dvalişvilinin MMA idman akademiyası açılacaq backend

Noyabrın 23-də Tbilisidə UFC döyüşçüsü Merab Dvalişvili tərəfindən təsis edilən MMA akademiyası açılacaq.

Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, idmançının adını daşıyan akademiya "Tbilisi Central" ticarət mərkəzində yerləşəcək.

Merab Dvalişvili bu yaz paytaxtda qarışıq döyüş sənətləri idman zalı açmaq planlarını açıqladı. O, akademiyanın xeyriyyəçilik əsasında fəaliyyət göstərəcəyini bildirdi.

"İstəyirəm ki, bu, xeyriyyə idman zalı olsun. Ölkəmlə ona verə biləcəyim yaxşılıqları bölüşmək istəyirəm", - deyə idmançı bildirib.

Gürcüstan paytaxtında fəaliyyətə başlayacaq bu mərkəz gənc idmançıların yetişdirilməsi, eləcə də ölkədə MMA və döyüş növlərinin inkişafı üçün mühüm platformaya çevrilməsi nəzərdə tutulur. Akademiyada peşəkar məşq şəraiti, müasir avadanlıqlar və təcrübəli mütəxəssislərin rəhbərliyi ilə məşq etmək imkanları yaradılacaq.

QAZİLER.AZ