Krakovda naməlum şəxs polisə atəş açıb

Krakovda naməlum şəxs polisə atəş açıb backend

Polşanın Krakov şəhərində naməlum şəxs polis əməkdaşlarına atəş açıb.

Qaziler.az bildirir ki, "Wiadomości" qəzetinin məlumatına görə, silahlı şəxs tez bir zamanda tutulub.

Məlumatda bildirilir ki, hadisə yerli vaxtla təxminən saat 13:00-da  baş verib. Polisə avtomobilində tapançaya bənzər əşya olan bir kişi barədə məlumat daxil olub.

"İddialara görə, cinayətkar polis əməkdaşlarına iki dəfə atəş açıb. Polis xəbərdarlıq atəşləri ilə cavab veriblər. Cinayətkar silahını yerə atıb və tutulub", - Krakov polis sözçüsü Yakub Miroçna bildirib.

Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.

Krakovun mərkəzində atışma baş verib. On beş nəfər yaralanıb, altı nəfər isə ölümcül xəsarət alıb. Yaralananlar arasında iki polis əməkdaşı və Almaniya, Avstriya, Portuqaliya, Birləşmiş Krallıq və Rusiyadan olan beş xarici vətəndaş var.

QAZİLER.AZ