İranda vurulmuş dron və raketlərin qalıqlarından ibarət sərgi açılıb

İranda vurulmuş dron və raketlərin qalıqlarından ibarət sərgi açılıb backend

İranda vurulduğu bildirilən düşmənin pilotsuz uçuş aparatlarının (PUA), raketlərinin və digər hərbi texnikasının qalıqlarından ibarət sərgi açılıb.

Qaziler.az xəbər verir ki, bu barədə "Fars News" məlumat yayıb. 

İran Ordusunun baş komandanı, briqada generalı Əmir Hatəmi sərgiyə baş çəkərək nümayiş etdirilən hərbi texnika qalıqları ilə tanış olub.

Sərgini gəzən hərbi rəsmi İranın hava hücumundan müdafiə qüvvələrinin yeni hazırlıq səviyyəsinə çatdığını bildirib. Onun sözlərinə görə, ölkəyə qarşı hər hansı yeni hücum cəhdi düşmən üçün daha ağır nəticələrə səbəb olacaq.

Hatəmi sərgidə hava hücumundan müdafiə qüvvələrinin əldə etdiyi nailiyyətlərin bir qisminin nümayiş etdirildiyini qeyd edib.

QAZİLER.AZ