İran Hörmüz boğazının əvvəlki statusa qayıtmayacağını bəyan etdi

İran Hörmüz boğazının əvvəlki statusa qayıtmayacağını bəyan etdi backend

Noyabrın 11-də İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Hörmüz boğazının ABŞ və İsrail ilə müharibədən əvvəlki statusuna heç vaxt qayıtmayacağını bildirib.

Qaziler.az xəbər verir ki, Qalibaf bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, İran və Oman Hörmüz boğazından keçidlə bağlı tranzit prosedurları barədə razılığa gəliblər. Qalibaf bildirib ki, bu razılaşma Tehranın səkkiz aylıq münaqişəyə son qoymaq üçün irəli sürdüyü yeddi maddəlik təklifin bir hissəsidir.

İran parlamentinin sədri ABŞ-nin boğazdakı tranzit qaydalarına müdaxiləsini də tənqid edib.

“12 min kilometr uzaqdan gələn ABŞ hansı səlahiyyətlə Hörmüz boğazındakı tranzit qaydaları barədə qərar verməyə cəsarət edir?” – deyə Qalibaf bildirib.

QAZİLER.AZ