Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 13–14-də Əbu-Dabidə səfərdə olacaq.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, nazir orada "Sir Bani Yas" adlı Sülh və Təhlükəsizlik üzrə 17-ci Beynəlxalq Forumda iştirak edəcək.
Zaxarova qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi tərəfindən hər il təşkil olunan bu forumda müasir dövrün ən aktual siyasi və iqtisadi problemləri müzakirə edilir. Çıxışı zamanı Lavrov Ukrayna və Fars körfəzi zonası da daxil olmaqla, beynəlxalq və regional gündəliyin geniş spektrli məsələlərinə dair Rusiyanın yanaşmalarını təqdim edəcək.
Rusiya XİN sözçüsü əlavə edib ki, tədbir çərçivəsində nazirin BƏƏ rəhbərliyi ilə ikitərəfli təmasları da planlaşdırılıb. Tərəflər ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini nəzərdən keçirəcəklər.
QAZİLER.AZ

