Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının informasiya İdarəsi rəisinin birinci müavini Aleksandr Zorin bildirib
Onun sözlərinə görə, bu, indiyə qədər ən böyük əsir mübadiləsindən biri olacaq.
Qeyd edək ki, Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında baş tutan üçtərəfli danışıqların nəticəsində Moskva və Kiyev genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəlib. (apa)

