Putin avropalılarla təmaslara açıqdır - Peskov

Putin avropalılarla təmaslara açıqdır - Peskov backend

Rusiya Prezidenti Vladimir Putin avropalılarla, o cümlədən Almaniya Kansleri Fridrix Merslə təmaslara açıqdır.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 11-də Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyanat verib.

"Putinin ABŞ-da keçiriləcək "Böyük İyirmilik" (G20) sammitində iştirakı ilə bağlı hələlik qərar yoxdur. Lakin Putin həmişə deyb və təkrarlamağa davam edir ki, o, hamı ilə, o cümlədən avropalılarla təmaslara açıqdır", – deyə Peskov bildirib.

Kreml sözçüsü bir gün əvvəl G20 sammiti çərçivəsində Putinlə ünsiyyət qurmağa hazır olduğunu açıqlayan Fridrix Mertsin də bura daxil olub-olmaması ilə bağlı sualı müsbət cavablandırıb. Bununla belə, Peskov vurğulayıb ki, Rusiyanın Avropa ilə ünsiyyət formatına dair hələlik konkret baxışı yoxdur, çünki Avropa nümayəndələrinin bəyanatları Ukrayna münaqişəsinin nizamlanmasına töhfə vermək niyyətindən xəbər vermir.

QAZİLER.AZ