Rusiya ordusu Zaporojye və Donetskdə yaşayış məntəqələrini ələ keçirib

Rusiya ordusu Zaporojye və Donetskdə yaşayış məntəqələrini ələ keçirib backend

Rusiya ordusu Ukraynanın Zaporojye bölgəsindəki Voskresenka və Donetsk vilayətində Şilovka yaşayış məntəqələrinə nəzarəti ələ keçirib.

Rusiya Müdafiə Nazirliyi bu barədə 11 noyabrda məlumat verib.

""Mərkəz" qüvvələr qrupunun bölmələrinin qətiyyətli hərəkətlər nəticəsində Donetskdə Şilovka kəndinə nəzrət ələ keçirilib. "Şərq" qüvvələr qrupunun bölmələri düşmənin müdafiəsinə dərinliklərinə doğru irəliləyərək qətiyyətli hərəkətlər nəticəsində Zaporojye bölgəsindəki Voskresenka yaşayış məntəqəsini tutub", - deyə nazirlik bildirib.

QAZİLER.AZ