Rusiyada sürücü sənəd yoxlaması zamanı yol polisi əməkdaşını dişləyib

Rusiyada sürücü sənəd yoxlaması zamanı yol polisi əməkdaşını dişləyib backend

Yujno-Saxalinskdə "Nissan" sürücüsü sənəd yoxlaması üçün onu saxlayan yol polisi əməkdaşını dişləyib.

Qaziler.az bildirir ki, bu barədə 10 noyabrda "İzvestiya" qəzetinin mənbəyi məlumat verib.

41 yaşlı kişi polislərin xəbərdarlığı ilə maşını saxladıqdan sonra onların şəxsiyyət vəsiqəsini göstərmək tələbini qulaqardına vurub, maşını tərk edib və yaxınlıqdakı köşkə şaurma içməyə gedib. Təkrar tələbdən sonra o, polisi vurub və qolunu dişləyib.

Hadisədən sonra sürücü saxlanılıb və avtomobili xüsusi dayanacağa aparılıb.

QAZİLER.AZ