Ukrayna kəşfiyyatı: Rusiya ölkənin qida sənayesinə zərbələr endirməyə hazırlaşır

Ukrayna kəşfiyyatı: Rusiya ölkənin qida sənayesinə zərbələr endirməyə hazırlaşır backend

Rusiya Ukraynanın qida sənayesi müəssisələrinə, o cümlədən taxıl anbarlarına, emal zavodlarına və ərzaq istehsalı müəssisələrinə silsilə zərbələr endirməyi planlaşdırır.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (GUR) mənbə məlumat verib.

Hədəflər arasında bitki yağı istehsalı müəssisələri, süd və yağ zavodları, ət kombinatları və quşçuluq fabrikləri də var.

Məlumata görə, təhlükə həm Ukrayna, həm də ölkə ərazisində fəaliyyət göstərən xarici şirkətlərin müəssisələrinə aiddir.

Mənbə iddia edir ki, Moskva bu yolla Ukraynanın ərzaq təhlükəsizliyinə zərbə vurmaq, iqtisadi vəziyyəti çətinləşdirmək və kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan gəlirləri azaltmaq istəyir.