Şalva Papuaşvili: Brüssel Gürcüstanın Aİ üzvü dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır

Şalva Papuaşvili: Brüssel Gürcüstanın Aİ üzvü dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır backend

Gürcüstan nümayəndə heyətləri ilə görüşlərin qarşısını almaq üçün təlimatlar verildiyi barədə bizə müxtəlif məlumatlar daxil olur. Brüssel Gürcüstanın Aİ üzvü dövlətlərlə ikitərəfli münasibətlərini bloklamağa çalışır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Çexiyada jurnalistlərə bildirib.

“Çexiyada Parlamentin sədri, Xarici İşlər Komitəsinin sədri və hökumət üzvləri, o cümlədən Baş nazirin birinci müavini və müdafiə naziri ilə görüşlər keçirdik. Bütün görüşlərdə müzakirələr ikitərəfli münasibətlərlə bağlı idi, çünki görürük ki, Brüssel Gürcüstanın Aİ üzv dövlətləri ilə ikitərəfli münasibətlərini bloklamağa çalışır. Müxtəlif mənbələrdən məlumat alırıq ki, Brüsseldən paytaxtlara birbaşa təlimatlar verilir ki, Gürcüstan nümayəndə heyətləri ilə görüşlər keçirilməsin. Xoşbəxtlikdən, Aİ-də hələ də Brüsselin bu sovet yanaşmasını paylaşmayan bir çox əsl avropalı var. Buna görə də bu gün Brüsselin bu anti-Gürcüstan siyasətinin Aİ üzv dövlətləri ilə ikitərəfli münasibətlərimizə təsir etməməsi bizim üçün vacib və dəyərlidir" - deyə, Papuaşvili bildirib.