Azərbaycan bayrağı Qars qalasında dalğalandı - FOTO

Azərbaycan bayrağı Qars qalasında dalğalandı - FOTO backend

Türkiyənin Qars şəhərində yerləşən tarixi Qars qalasında 9 Noyabr-Bayraq Günü münasibətilə Azərbaycan bayrağı dalğalanıb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov sosial şəbəkə hesabında paylaşım edib.

O, üçrəngli bayrağımızın tarixi Qars qalasında dalğalandığını qeyd edib. Q.Zeylanov jestə görə Qars valisi Ziya Polat və bələdiyyə sədri Ötüken Şengülə səmimi təşəkkür edib.