Putin Paşinyanla görüş üçün şərt irəli sürüb? - Səfirdən açıqlama

Putin Paşinyanla görüş üçün şərt irəli sürüb? - Səfirdən açıqlama backend

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş üçün ilkin şərtlər irəli sürülməsi ilə bağlı məlumatları təkzib edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Sergey Kopırkin Ermənistanın İctimai Radiosuna verdiyi müsahibədə danışıb.

Jurnalist ona İrəvanın "Rosatom"un respublikada yeni atom elektrik stansiyası (AES) tikməsinə qərar verəcəyi və ya Ermənistan dəmiryollarının idarə olunması üzrə Rusiyanın konsessiyasının davam etdirilməsi lehinə müsbət dəyişiklik olacağı təqdirdə görüşün baş tuta biləcəyinə dair sual ünvanlayıb.

"Mən belə bir ssenaridən xəbərsizəm. Bildiyim qədərilə, bu görüş üçün heç bir ilkin şərt irəli sürülməyib", - deyə Kopırkin sualı cavablandırıb.

Xatırladaq ki, Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin onu iki ölkə arasında qarşılıqlı əlaqələrin konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini bildirmişdi.

Eyni zamanda, oktyabrın əvvəlində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Paşinyanın Moskvaya səfərinin dəqiq tarixi hələ müəyyən edilməyib.