Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO backend

Azərbaycanın 8 Noyabr - Zəfər Günü bayramı münasibətilə Türkiyənin paytaxtı Ankarada məşhur TOBB əkiz qüllələri dövlət bayrağımızın rəngləri ilə işıqlandırılır.

AZƏRTAC xəbər verir ki, İstanbulun əsas simvollarından və rəmzlərindən biri olan 15 İyul - Şəhidlər körpüsü də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Qardaş ölkədə şanlı Zəfər Gününün sevinci bu cür əlamətdar tədbirlərlə qeyd olunub.