İran ABŞ və Avropanı yenə hədələdi

İran ABŞ və Avropanı yenə hədələdi backend

İranın sabiq xarici işlər naziri, hazırda isə parlamentin (Məclis) deputatı Mənuçöhr Möttəki ABŞ-ni blokadanı qaldırmağa və iyun memorandumunun şərtlərini yerinə yetirməyə çağırıb.

Qaziler.az xəbər verir ki, bu barədə o, "Euronews" telekanalına müsahibəsində bildirib. Bu bəyanat ABŞ Konqresinə keçirilən seçkilərin nəticələri və Ağ Evin Tehrana qarşı yeni qərarlar hazırlaması barədə məlumatlar fonunda səslənib.

Mahmud Əhmədinəjadın prezidentliyi dövründə İran XİN-ə rəhbərlik etmiş Mənuçöhr Möttəki bu fon əsasında hədələyib ki, əgər İslam Respublikasına qarşı yeni hərbi əməliyyatlar dalğası başlayarsa, bu, Avropaya da sıçrayacaq.

"Regionun əsas problemi odur ki, əleyhdarlarımız Hörmüz boğazını bağlayıblar. Münaqişə başlayana qədər bura açıq idi və bütün yüklər oradan keçirdi. Avropa, Asiya, Latın Amerikası və Afrika məhz Fars körfəzi və Hörmüz boğazı vasitəsilə dəniz ticarəti aparırdı", - deyə siyasətçi vurğulayıb.

ABŞ-də Konqres seçkilərindən sonra İranın vəziyyətini qiymətləndirən Möttəki bildirib ki, Tehran Vaşinqtondan blokadanın qaldırılmasını nəzərdə tutan əvvəllər imzalanmış anlaşma memorandumunu həyata keçirməsini gözləyir.

QAZİLER.AZ