Səhənd, Basmınc, Şəhriyar və Sərdəri şəhərləri Təbrizə birləşdirilsin.
Qaziler.az "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, bunu Təbriz şəhərinin meri Yaqub Huşyar deyib.
O, son 30 ildə Təbrizdən ayrılan bölgələrə görə, şəhərin 7 min hektar ərazisini itirdiyini söyləyib.
Merin sözlərinə görə, adıçəkilən şəhərlərin Təbrizə birləşdirilməsi daha yaxşı xidmət göstərilməsi və davamlı planlaşdırmaya yol aça bilər.
Qeyd edək ki, Təbriz merinin adını çəkdiyi dörd şəhərin - Səhənd, Basmınc, Şəhriyar və Sərdərinin (Sərdrud) Təbrizlə əlaqəsi sadəcə bugünkü coğrafi yaxınlıq deyil, çoxəsrlik dərin tarixi və inzibati köklərə söykənir. Tarixən bu ərazilər müstəqil yaşayış məntəqələri olsalar da, hər zaman Böyük Təbrizin bir parçası, onun müdafiə istehkamı, yay iqamətgahı və ya kənd təsərrüfatı bazası funksiyasını yerinə yetiriblər.
QAZİLER.AZ

