Başqırdıstanda qanla yazılmış ad sayəsində 17 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.
Qaziler.az bildirir ki, Rusiya İstintaq Komitəsinin Regional İdarəsinə istinadən "REN TV" xəbər verir ki, Başqırdıstanda hüquq-mühafizə orqanları 17 il əvvəl törədilmiş dəhşətli cinayətin üstünü aça biliblər.
2009-cu ildə yeni tikilən binanın blokunda mənzil almaq üçün müqavilə bağlamağa gedən qadına hücum olunub. Qurbanın çantasında iri məbləğdə pul olub. Cinayətkar ona çoxsaylı bıçaq xəsarətləri yetirərək pul dolu çantanı aparıb və hadisə yerindən qaçıb. Həmin dövrdə şübhəlinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdı.
İllər sonra müstəntiqlər hadisə yerindən çəkilmiş fotolara yenidən baxıblar. Məlum olub ki, qurban ölərkən qanı ilə döşəməyə (və ya divara) oxunması çətin olan simvollar yazıb. Müasir texnologiyaların və yenidən aparılan araşdırmaların köməyi ilə həmin hərflərin 17 il əvvəl cinayətdə şübhəli bilinən qadının adının başlanğıcına uyğun gəldiyi müəyyən edilib.
Saxlanılan 48 yaşlı qadın dindirmə zamanı təqsirini boynuna alıb. Cinayətin törədilməsinə səbəb tamahkarlıq – qurbanın mənzil alqı-satqısı üçün yanında gəzdirdiyi puldan xəbərdar olması olub.
QAZİLER.AZ

