Abu-Dabi danışıqları öncəsi Kiyevdən kritik bəyanat: "Torpaq güzəşti olmadan atəşkəs təklif edirik"

Abu-Dabi danışıqları öncəsi Kiyevdən kritik bəyanat: "Torpaq güzəşti olmadan atəşkəs təklif edirik" backend

Ukrayna Abu-Dabidə keçiriləcək növbəti üçtərəfli danışıqlarda münaqişəni "ədalətli şərtlərlə", yəni təmas xəttində atəşin dayandırılması şərtilə başa vurmağı təklif edəcək.

Qaziler.az gazeta.ru-ya istinadən bildirir ki, bu barədə telemarafonun efirində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Sergey Leşşenko bəyanat verib.

"Ukrayna müharibəni ədalətli şərtlərlə dayandırmağı təklif edir, yəni hazırda hərbi toqquşmalarının baş verdiyi yerdə cəbhə xəttində hərbi əməliyyatların dondurulması nəzərdə tutulur. Bu zaman Rusiyanın özü üçün qazanmağa çalışdığı hər hansı Ukrayna torpağının güzəştə gedilməsindən söhbət gedə bilməz", – deyə Leşşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna həmçinin sektoral atəşkəsə keçidi (məsələn, energetika sahəsində), Qara dənizdəki limanların blokadadan çıxarılmasını və ya Ukrayna və Rusiya liderlərinin görüşünün təşkili məsələsini müzakirə etməyi təklif edir. Leşşenko eyni zamanda Moskvann Kiyevə qarşı ərazi iddiaları irəli sürməyə davam etməsindən narazılığını ifadə edib.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ-ın növbəti üçtərəfli görüşü noyabrın 10–11-də Abu-Dabidə planlaşdırılıb. Vaşinqton bu danışıqlarda vasitəçi qismində çıxış edəcək. Dmitri Peskov Rusiya nümayəndə heyətinin iştirakını təsdiqləyib və bildirib ki, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski baş danışıqçı statusunu qoruyub saxlayacaq.

QAZİLER.AZ