Ukraynanın Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsinə Rusiyanın endirdiyi aviazərbə nəticəsində həlak olanların sayı 53 nəfərə yüksəlib.
Qaziler.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri Mixail Semikin özünün "Telegram" kanalında məlumat yayıb.
"Noyabrın 2-də Rusiyanın Kamışevaxaya endirdiyi zərbə nəticəsində həlak olanların sayısı artıq 53 nəfərdir", – deyə Semikin bildirib.
Onun sözlərinə görə, artıq beşinci gündür ki, faciə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, noyabrın 2-də Rusiya tərəfi Kamışevaxaya aviasiya bombaları ilə iki dəfə zərbə endirib. Hücum zamanı humanitar yardım paylanılan məktəb binası və sığınacaq hədəfə alınıb.
QAZİLER.AZ

