Tokayev rusiyalı "milyarderə" vətəndaşlıq verdi

Tokayev rusiyalı "milyarderə" vətəndaşlıq verdi backend

"Higgsfield" şirkətinin həmtəsisçisi Aleks Maşrabov Qazaxıstan vətəndaşı olub.

Müvafiq fərman Prezident Qasım-Jomart Tokayev tərəfindən imzalanıb.

Qaziler.az bildirir ki, bu barədə 6 noyabrda Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf naziri Jaslan Madiyev məlumat verib.

"Qazaxıstanda daha bir milyarder! "Higgsfield"in həmtəsisçisi Aleks Maşrabova Qazaxıstan pasportunu təqdim etməkdən məmnun oldum", - nazir Facebook-da yazıb.

QAZİLER.AZ