Rusiya Müdafiə Nazirliyinin 5 noyabrda verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri bir gündə Rusiya bölgələri üzərində 35 Ukrayna dronu vurub.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" məlumat verib.
"Hava hücumundan müdafiə qüvvələri 35 Ukrayna stasionar qanadlı pilotsuz uçuş aparatını məhv edib",- məlumatda deyilir.
Dronlar Moskva vaxtı ilə səhər saat 8:00 ilə axşam saat 8:00 arasında məhv edilib. Ukrayna dronuları Bryansk, Belqorod, Kursk, Ryazan və Oryol bölgələri, Krasnodar diyarı və Krım Respublikası üzərində məhv edilib.
QAZİLER.AZ

