Tatarstanda 11 yük vaqonu relsdən çıxıb

Tatarstanda 11 yük vaqonu relsdən çıxıb backend

Tatarıstanın Yar Çallı (Naberejnıye Çelnı) şəhərində “Jeleznodorojnoye upravleniye” şirkətinə məxsus birləşdirici yollarda 11 yük vaqonu relsdən çıxıb.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Tatarıstan üzrə Baş İdarəsi “Maks” messencerində məlumat yayıb.

Hadisə Komsomolsk rayonunda, Avtoremontnaya küçəsinin yaxınlığında baş verib. Vaqonların planlı manevr işləri zamanı relsdən çıxdığı bildirilir.

FHN-in məlumatına görə, xəsarət alan olmayıb. Sözügedən sahə Rusiya Dəmir Yollarına məxsus deyil. Ətraf sahələrdə qatarların hərəkəti dayandırılmayıb, qatarların hərəkət qrafikində gecikmələr baş verməyib.

Hadisənin nəticələrini aradan qaldırmaq üçün şirkətin qüvvələri tərəfindən bərpa briqadası yaradılıb.

QAZİLER.AZ