ABŞ Konqresinə keçirilən seçkilərdə Demokratlar Partiyasının qələbəsindən sonra Birləşmiş Ştatlar Polşada hərbi baza tikməkdən imtina edə bilər.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 4-də Polşanın keçmiş müdafiə naziri Mariuş Blaşak bəyanat verib.
"Qorxuram ki, Amerikanın Polşadakı hərbi bazası tikilməyəcək", – deyə o, "RMF24" radiostansiyasının efirində bildirib.
M.Blaşak həmçinin diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Trampın Polşaya qarşı müsbət münasibəti respublikaçıların seçkilərdəki məğlubiyyətindən sonra bitə bilər, çünki o, ölkənin daxili problemlərinə köklənəcək. Bununla belə, sabiq nazir Polşa hökumətini öz ərazisində belə bir hərbi bazanın qurulması imkanını əldən verdiyinə görə kəskin tənqid edib.
QAZİLER.AZ

