Tusk Navrotski ilə təkbətək görüş təklif edir.

Tusk Navrotski ilə təkbətək görüş təklif edir. backend

Tusk Polşadakı siyasi gərginliyi azaltmaq üçün Navrotski ilə təkbətək görüş təklif edir.

Polşanın Baş naziri Donald Tusk Konstitusiya Məhkəməsi ətrafında yaranmış mübahisə ilə bağlı ölkə prezidenti ilə şəxsən danışmaq niyyətindədir. Görüş bu həftə baş tuta bilər.

Qaziler.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Tusk danışıqlara hazır olduğunu Milli Təhlükəsizlik Şurasının iclasından sonra bəyan edib. O, tərəflər arasındakı gərginliyi tamamilə aradan qaldırmağın yollarını tapmaq üçün təkbətək görüş keçirməyi təklif edib.

"Mən bu həftə təkbətək görüş keçirməyə hazıram ki, biz bu gərginliyi həmişəlik necə azalda biləcəyimizi müzakirə edək", – deyə Polşa hökumətinin başçısı vurğulayıb.

Bununla belə, Baş nazir danışıqlar zamanı prezidentlə bütün məsələlərdə razılığa gələcəklərini gözləmir. Onun sözlərinə görə, fikir ayrılıqlarına baxmayaraq, hər iki tərəf ölkədəki vəziyyətə görə ümumi məsuliyyət daşıdıqlarını dərk etməlidir.

Tusk həmçinin qeyd edib ki, Rusiyanın Polşaya qarşı artan təhdidləri fonunda təhlükəsizlik və daxili asayiş məsələlərində ortaq məxrəcə gəlmək olduqca vacibdir. O, prezidentlə dialoqun siyasi qarşıdurmanı zəiflədəcəyinə ümid edir.

QAZİLER.AZ