Moskva məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin (USQ) general-leytenantı Anatoli Barqileviç barəsində qiyabi həbs qətimkan tədbiri seçib.
Qaziler.az bildirir ki, bu barədə məhkəmə materiallarına istinadən TASS məlumat yayıb.
Barqileviç Rusiya Cinayət Məcəlləsinin 356-cı maddəsinin 1-ci hissəsi ("Qadağan olunmuş vasitə və müharibə aparmaq üsullarının tətbiqi") ilə təqsirləndirilir. Apellyasiya instansiyası həbs qərarını ləğv etməyib.
İstintaqın versiyasına görə, 2014-cü ilin aprel ayından etibarən müxtəlif komandanlıq vəzifələrində çalışan Barqileviç Donbas ərazisindəki cəza xarakterli hərbi əməliyyatlarda iştirak edib, 2024-cü ilin fevralından 2025-ci ilin martınadək isə USQ Baş Qərargah rəisi kimi onların təşkilini və planlaşdırılmasını həyata keçirib. Bildirilir ki, o, tabeçiliyində olanlara yüksək qırıcı xüsusiyyətlərə malik silahlardan istifadə olunması barədə əmrlər verib.
Barqileviç beynəlxalq axtarışa verilib.
QAZİLER.AZ

