Arkadi Raykinin qızı vəfat edib

Arkadi Raykinin qızı vəfat edib backend

SSRİ xalq artisti Arkadi Raykinin qızı Yekaterina Raykina 88 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat verib.

"Yekaterina Arkadyevna vəfat edib. O, xəstəxanada dünyasını dəyişib", - agentliyin mənbəsi bildirib. Əlavə məlumat verilməyib.

Yekaterina Raykina 15 aprel 1938-ci ildə Leninqradda anadan olub. 1959-cu ildə B.V. Şukin adına Teatr Məktəbini bitirib, sonra Yevgeni Vaxtanqov Teatrının truppasına qəbul edilib və orada təxminən 50 il xidmət edib. 1962-ci ildə "Hamam" filmi ilə debüt edib.

QAZİLER.AZ