Noyabrın 3-də axşam saatlarında Kiyevdə işıq çatışmazlığının kritik həddə çatması səbəbindən elektrik nəqliyyatının hərəkəti dayandırılıb.
Qaziler.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası (KŞDA) "Telegram" kanalı vasitəsilə məlumat yayıb.
Məlumata görə, noyabrın 3-ü axşam saatlarından etibarən paytaxtda tramvay və trolleybusların hərəkəti müvəqqəti olaraq dayandırılır. Buna səbəb Rusiyanın atəşə tutması nəticəsində ölkənin enerji sistemində yaranmış kritik vəziyyətdir.
Bildirilib ki, tramvay və trolleybusların hərəkəti enerji sistemindəki vəziyyət stabilləşdikdən sonra bərpa olunacaq.
QAZİLER.AZ

